• Bakı 20° C

    2.22 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Lənkəranda zəncirvarı qəza: Ata və oğul öldü - FOTO - YENİLƏNİB

HADİSƏ

28 Mart 2024 | 11:18

Lənkəranda zəncirvarı qəza: Ata və oğul öldü - FOTO - YENİLƏNİB

Martın 28-də saat 08:20 radələrində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı 1997-ci il təvəllüdlü (kişi cinsli) 1 nəfər sol körpücük sümüyünün yerdəyişən sınığı, qasıq nahiyəsinin sıyrılmış yarası diaqnozları ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Bakıvaxtı.az-a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, yaralıya zəruri ilkin tibbi yardım göstərilib, müalicəsi Təcili yardım şöbəsində davam etdirilir.

    Hadisə nəticəsində 2 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.

    ***

    10:26

    Daxili İşlər Nazirliyi (DİN) Lənkəranda ata və oğulun öldüyü yol qəzası barədə məlumat yayıb.

    DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bakıvaxtı.az-a bildirilib ki, martın 28-də saat 08 radələrində Lənkəran şəhərinin Sütəmurdov kəndi ərazisində Ə.Sədiyarovun idarə etdiyi "Mercedes", Z.Kərimovun idarə etdiyi "VAZ 2109" və D.Səfərlinin idarə etdiyi "Chevrolet" markalı avtomobillər toqquşublar. Nəticədə "VAZ 2109" markalı avtomobilin sürücüsü və oğlu C.Kərimov hadisə yerində ölüblər.

      “Mercedes"-in sürücüsü isə bədən xəsarətləri alıb.

      Qəza ilə bağlı araşdırmalar davam etdirilir.

      ***

      09:25

      Lənkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib.

      Bakıvaxtı.az xəbər verir ki, hadisə səhər saatlarında Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində qeydə alınıb.

        "VAZ-2109", "Chevrolet Cruz" və " Mercedes" markalı nəqliyyat vasitələri toqquşub. Qəza nəticəsində "VAZ-2109"də olan sürücü və sərnişin hadisə yerində ölüb. Onların ata və oğul olduğu bildirilir.

        Faktla bağlı araşdırma aparılır.


        SON XƏBƏRLƏR

        26 Aprel 2024