• Bakı 22° C

    2.37 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Xankəndidə xeyli silah-sursat aşkarlanıb

HADİSƏ

28 Mart 2024 | 10:13

Xankəndidə xeyli silah-sursat aşkarlanıb

Xankəndi şəhərində xeyli silah-sursat aşkarlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili işlər Nazirliyi (DİN) məlumat yayıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 27-də Xankəndi şəhəri ərazisindən ümumilikdə 3 avtomat silahı, 7 qumbara, 6 tank əleyhinə qumbaraatan, 4 mina, 21 alışdırıcı, 29 patron darağı, 4200 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.


SON XƏBƏRLƏR