• Bakı 15° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Qusarda ƏMƏLİYYAT - 5 nəfər saxlanıldı

CƏMİYYƏT

06 Noyabr 2023 | 12:59 | Müəllif: Subhan Mahmudov

Qusarda ƏMƏLİYYAT - 5 nəfər saxlanıldı

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyatlar keçirilib.

DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən ümumilikdə 5 nəfər saxlanılıb. Onlar rayon sakinləri Renad Vəlimətov, Samiddin İsabalayev, Zamir Şixəliyev, Namik Ağabəyov və Quba rayon sakini Ramil Abdurəhmanovdur.

Həmin şəxslərin üzərlərinə baxış keçirilən zaman narkotik vasitə olan marixuana, heroin və psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.

Faktlarla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026