• Bakı 16° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Ramil Şeydayevin baş məşqçisi cəzalandırılacaq

CƏMİYYƏT

24 Yanvar 2024 | 17:04

Ramil Şeydayevin baş məşqçisi cəzalandırılacaq

Azərbaycanlı futbolçu Ramil Şeydayevin Türkiyənin “Kocaelispor” klubunda baş məşqçisi olan Ərtuğrul Sağlam cəzalandırılacaq.

Bakıvaxtı.az xəbər verir ki, buna təcrübəli mütəxəssisin TFF I Liqasının XIX turunda “Eyüpspor”la oyundan sonrakı davranışı səbəb olub.

54 yaşlı çalışdırıcı 2:1 hesabı ilə qalib gəldikləri qarşılaşmanın ardından mətbuat konfransında hakimlər briqadasının ünvanına xoşagəlməz ifadələr işlədib. Bu səbəbdən Nizam-İntizam Komitəsinə cəlb edilən Ərtuğrul Sağlamı diskvalifikasiya gözləyir. Həmin görüşdə təhqiramiz ifadələr işlədən “Eyüpspor”un baş məşqçisi Arda Turan da cəza alacaq.

Qeyd edək ki, “Kocaelispor” yanvarın 28-də XX tur çərçivəsində “Altay”ın qonağı olacaq. Kocaeli təmsilçisinin səfər görüşünə baş məşqçisiz çıxacağı gözlənilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026