İspaniyanın "Real" klubu İngiltərə təmsilçisi "Mançester Siti"də çıxış edən Erlinq Holannı 200 milyon avroya ala bilər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Defensa Central" nəşri məlumat yayıb.
Bildirilib ki, "şəhərlilər"ə yaxın zamanlarda maliyyə pozuntularına görə sanksiya tətbiq olunarsa, 24 yaşlı hücumçu komandanı tərk edəcək.
İngiltərə çempionu aşağı liqaya göndərilsə, norveçli forvardı satmağa məcbur qalacaq.
Belə olacağı təqdirdə "Real"ın prezidenti Florentino Peres onun üçün 200 milyon avro təklif edəcək. Əks halda Holannın "Mançester Siti"dən ayrılması mümkünsüz hesab edilir.
Qeyd edək ki, hücumçu cari mövsüm klubunda keçirdiyi 14 oyunda 14 qol vurub.