"Neftçi"nin qapıçısı Emil Balayev uzun müddətdən sonra rəsmi oyuna çıxacaq.
Bakıvaxtı.az xəbər verir ki, 30 yaşlı qolkiper "Difai"yə qarşı keçirəcəkləri Azərbaycan Kubokunun 1/8 final mərhələsinin matçında start heyətində yer alacaq.
Balayev 2023-cü ilin yayında Rusiyada təşkil olunan “Matc TV” turnirində, Serbiya klubu “Srvena Zvezda” (0:4) ilə görüşdə zədələnmişdi. O, həmin vaxtdan sonra heç bir qarşılaşmada iştirak etməyib.
Qeyd edək ki, "Neftçi" - "Difai" oyunu saat 18:00-da start götürəcək.