• Bakı 24° C

    6.3 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Rezidenturaya sənəd qəbulu davam edir

    GÜNDƏM

    09 Aprel 2024 | 12:17

    Rezidenturaya sənəd qəbulu davam edir

    Rezidenturaya qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu internet vasitəsilə aparılır.

    Dövlət İmtahan Mərkəzindən Bakıvaxtı.az-a bildirilib ki, namizəd rezidenturaya qəbulun birinci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) birinci cəhdində iştirak etmək üçün Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan (kabineti olmayanlar) sonra ərizə vermək üçün tələb olunan məbləği (60 AZN) hesabına əlavə edir.

    Daha sonra Mərkəzin internet saytının müvafiq səhifəsinə daxil olub “Namizədin elektron ərizəsi”ni təsdiq etmək lazımdır.

    Aprelin 9-u saat 09:45-ə olan məlumata əsasən, 1370 namizəd (Azərbaycan bölməsi - 1069; rus bölməsi - 301) elektron ərizəsini təsdiq edib. İmtahanda iştirak etmək istəyən namizədlər aprelin 11-i saat 23:59-dək ərizələrini təsdiq etməlidirlər.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    17 Sentyabr 2026