• Bakı 16° C

    3.18 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

 Ronaldo cərimə zərbəsindən möhtəşəm qol vurdu - VİDEO

İDMAN

19 Mart 2023 | 00:15

 Ronaldo cərimə zərbəsindən möhtəşəm qol vurdu - VİDEO

Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatında növbəti qolunu vurub.

Bakıvaxtı.az xəbər verir ki, “Əl-Nəsr”in formasını geyinən portuqaliyalı ulduz “Abha”ya qarşı XXI tur matçında fərqlənib. O, 79-cu dəqiqədə cərimə zərbəsindən möhtəşəm qol vurub.

Görüş “Əl-Nəsr”in 2:1 hesablı qələbəsi ilə başa çatıb. “Əl-Nəsr” 49 xalla 2-cidir. Komanda lider “Əl-İttihad”dan 1 xal geri qalır.


SON XƏBƏRLƏR