Hazırda Yerin təbii peykinə doğru hərəkət edən "Luna-25" avtomatik stansiyasında ilk dəfə elmi cihazlar işə salınıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Roskosmos" məlumat yayıb.
"Bu gün Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu tərəfindən hazırlanmış elmi avadanlıqlar kompleksinin ilk dəfə işə salınması kosmik uçuş şəraitində həyata keçirilib. Bütün qurğulardan alınan xidməti telemetriya məlumatları onların müntəzəm işləməsini göstərib", - məlumatda deyilir.
Qeyd olunub ki, nəticədə Aya uçuşla bağlı ilk ölçmə məlumatları əldə edilib, elmi qrup artıq onları emal etməyə başlayıb.
















