Cənubi Afrika Respublikasında bu gündən başlayaraq həftə ərzində hər gün elektrik enerjisi 8 saatdan çox kəsiləcək.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Milli elektrik şirkəti Eskom tərəfindən verilən açıqlamada bildirilir.
Səbəb kimi 4 elektrik stansiyasında generator bloklarında nasazlıq olması göstərilir. Bildirilib ki, bu nasazlıqlara görə, bu gün yerli vaxtla saat 16:00-dan başlayaraq həftə sonuna qədər gündə 8 saatı aşan elektrik enerjisinin planlaşdırılmış fasilələri həyata keçiriləcək.
Qeyd edək ki, Cənubi Afrikada köhnə istehsal infrastrukturu, təxribat və kabel oğurluğu səbəbindən uzun müddətdir ki, ciddi elektrik böhranı yaşanır.
Nüvə enerjisi istehsalçısı olan Cənubi Afrika öz elektrik enerjisinin 80%-dən çoxunu kömürlə işləyən elektrik stansiyalarından qarşılayır. Ölkə dünyanın aparıcı kömür istehsalçıları sırasındadır.
Ay Tac













jpg-1697101406.webp)

