• Bakı C

    15.7 m/s

  • USD - 1.7

    EUR - 1.7658

    RUB - 1.7347

“Rus evi” icarəyə götürdüyü binanı ay yarım ərzində tərk etməlidir 

SİYASƏT

06 Fevral 2025 | 15:36

“Rus evi” icarəyə götürdüyü binanı ay yarım ərzində tərk etməlidir 

“Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov Bakıda Rusiya mədəniyyət mərkəzinin (Rus Evi) qeydiyyata alınmasının zəruriliyi ilə bağlı Azərbaycandan nota aldığını təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə “Rossiya-24” telekanalının efirində bildirib.

    "Orada deyilir ki, bizim nümayəndəliyimiz, xalq arasında "Rus Evi" kimi tanınan Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi yerli qanunvericiliyə əsasən hüquqi şəxs kimi qeydiyyatdan keçməlidir", - deyə Primakov vurğulayıb.

    Onun sözlərinə görə, Bakıdakı “Rus evi” icarəyə götürdüyü binanı ay yarım ərzində tərk etməlidir: “Çünki sahibi binanı təcili satmaq niyyətində olduğunu açıqlayıb. Danışıqlar aparılan digər binanın sahibi isə hələlik fasilə götürüb".


    SON XƏBƏRLƏR