• Bakı 12° C

    7.2 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Rus milyarderlər daha da varlandılar

DÜNYA

26 Aprel 2023 | 17:03

Rus milyarderlər daha da varlandılar

Rusiyanın Ukraynaya müdaxiləsi ilə Qərb Moskvaya qarşı xüsusilə sərt iqtisadi sanksiyalar tətbiq edib.

Bakıvaxtı.az xəbər verir ki, "Forbes" biznes jurnalının məlumatına görə, Rusiyanın ən varlı adamları müharibə başlayandan sonra məruz qaldıqları külli miqdarda sərvət itkisini bərpa edərək, keçən il sərvətlərinə daha 152 milyard dollar əlavə etdiklərini yazıblar.

“Forbes”in Rusiya nəşrinin məlumatına görə, siyahıda yer alan rusiyalı milyarderlərin rəsmi sayı ötən illə müqayisədə 22 nəfər artaraq 110-a çatıb, onların ümumi sərvəti isə 353 milyard dollardan 505 milyard dollara yüksəlib. Qərbin sanksiyalarına baxmayaraq, Rusiya neft, metal və digər təbii sərvətlərini Çin, Hindistan və Yaxın Şərq də daxil olmaqla qlobal bazarlara satmağı bacarıb.

Gübrə ticarətindən sərvət qazanan Andrey Melniçenko 25,2 milyard dollarlıq sərvətlə Forbes tərəfindən Rusiyanın ən zəngin adamı kimi göstərilib. “Forbes” jurnalı yazıb ki, bir çox rusiyalı milyarderlər Qərbin sanksiyalarına səriştəsiz və hətta irqçi alət kimi baxırlar.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026