• Bakı 13° C

    1.67 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

Rus silahlarının ən böyük idxalçısı məlum oldu: Düşmən ölkə

DÜNYA

12 Avqust 2021 | 14:32

Rus silahlarının ən böyük idxalçısı məlum oldu: Düşmən ölkə

Rusiyanın gizli ixracatının həcmi bu ilin ilk altı ayında 61% artaraq 27 milyard dollara çatıb.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, müdafiə sənayesi, təyyarə və gəmiqayırma məhsullarının ixracının 31% artaraq 4,7 milyard dollara çatdığı qeyd olunur. Rusiya müdafiə məhsullarının ən böyük idxalçısı 2021-ci ilin mayında Rusiyaya dost olmayan ölkələr siyahısına daxil olan Çexiya olub. Bu ilin ilk yarısında bu ölkəyə ixracat son üç ilin göstəricisini (683 milyon dollar) keçib.

Məlumata görə, statistikada 60 milyon dollar tank və zirehli transportyorların, 78 milyon dollar isə hərbi gəmilərin payına düşür. Qalan 0,2 milyard dollar "digər" olaraq təsnif edilir.

Çexiya ilə yanaşı, Rusiya müdafiə məhsullarının ən böyük idxalçıları Əlcəzair (ixrac mənfəəti - 603 milyon dollar), Çin (488 milyon dollar), Birləşmiş Ərəb Əmirlikləri (401 milyon dollar), Hindistan (205 milyon dollar) oldu.

Tərcümə şöbəsi

Bakıvaxtı.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR