Rusiya cavab tədbiri qismində Avstriya səfirliyinin dörd əməkdaşını ölkədən çıxarır.
Bakıvaxtı.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.
"Cavab tədbiri qismində Avstriya Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin 4 əməkdaşı “arzuolunmaz şəxs” elan edilib. Onlardan fevralın 23-ü günün sonuna qədər ölkəni tərk etmək tələb olunub", - XİN-in məlumatında deyilir.
Artıq Avstriya səfirinə müvafiq nota təqdim edilib.
Xatırladaq ki, daha əvvəl Avstriya 4 Rusiya diplomatını “arzuolunmaz şəxs” elan edib.







jpg-1679140487.webp)






jpg-1679131654.webp)

