• Bakı 20° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Çin yer müşahidə peykini orbitə buraxdı

DÜNYA

18 Mart 2023 | 15:22

Çin yer müşahidə peykini orbitə buraxdı

Çin kosmosa yüksək ayırdetməli optik yer müşahidə peykini “Gaofin-13 02” buraxıb.

Bakıvaxtı.az xəbər verir ki, “Sinxua” agentliyinin məlumatına görə, peyk Sıçuan əyalətindəki Sinxua Peyk Mərkəzindən “Long March 3D” daşıyıcı raketi ilə buraxılıb.

Bildirilib ki, peyk buraxıldıqdan sonra planlaşdırılmış orbital mövqedə qərarlaşıb.

Peykin torpaq ehtiyatlarının izlənməsi, məhsulun proqnozlaşdırılması, ətraf mühitin idarə edilməsi, meteoroloji proqnozlaşdırma və erkən xəbərdarlıq, habelə fəlakətlərin monitorinqi və qarşısının alınması sahələrində istifadəsi nəzərdə tutulub.

Buraxılış “Long March” raketləri ilə 468-ci uğurlu nəqliyyat missiyası olub.


SON XƏBƏRLƏR

25 Aprel 2024