• Bakı 12° C

    7.61 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Reznikov Türkiyədən üzr istədi

DÜNYA

17 Aprel 2023 | 12:03

Reznikov Türkiyədən üzr istədi

Ukraynanın müdafiə naziri Oliksiy Reznikov ölkəsindəki müharibədə həlak olanların sayı ilə Türkiyədə dağıdıcı zəlzələdə ölənlərin sayını müqayisə etdiyi fikirlərinə görə rəsmi Ankaradan üzr istəyib.

Bakıvaxtı.az xəbər verir ki, nazir tviterdə yazıb ki, ukraynalılar türk xalqına rəğbət bəsləyirlər.

“Biz minlərlə günahsız insanı dəfn etməyin nə olduğunu başa düşürük”, - o bildirib.

O.Reznikov həmçinin müharibənin ilk günündən Ukraynaya verdiyi dəstəyə görə Türkiyəyə təşəkkür edib.

Qeyd edək ki, O.Reznikov İspaniyanın “La Razon” nəşrinə müsahibəsində deyib ki, müharibədə həlak olan ukraynalı hərbçilərin sayı Türkiyədəki zəlzələdə ölənlərin sayından azdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR