• Bakı 13° C

    6.85 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Qırğızıstanda silahlı terrorçu məhv edilib

DÜNYA

17 May 2023 | 08:45 | Müəllif: Qalib İbrahimoğlu

Qırğızıstanda silahlı terrorçu məhv edilib

Qırğızıstanın Çuy vilayətinin Dmitrievka kəndində Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Dövlət Komitəsinin xüsusi əməliyyatı zamanı silahlı terrorçu məhv edilib.

Bakıvaxtı.az yerli mediaya istinadla xəbər verir ki. bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

Verilən məlumata görə, Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Dövlət Komitəsinin xüsusi təyinatlı qüvvələrinin əməkdaşları terrorçunun saxlanılması istiqamətində əməliyyat keçirib.

Saxlanılan zaman o, silahlı müqavimət göstərib. Xüsusi əməliyyat zamanı terrorçu Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Dövlət Komitəsinin xüsusi təyinatlıları tərəfindən məhv edilib.

Hadisə yerində Daxili İşlər Nazirliyinin və Dövlət Milli Təhlükəsizlik Komitəsinin rəhbərləridir.

Hazırda Daxili İşlər Nazirliyinin əməliyyat-istintaq qrupu işləyir.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR