• Bakı 21° C

    2.41 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Rusiya döyüş gəmilərini Qara dənizdən çəkdi

DÜNYA

26 Fevral 2023 | 19:03 | Müəllif: Subhan Mahmudov

Rusiya döyüş gəmilərini Qara dənizdən çəkdi

Rusiyanın raket hücumlarının tezliyinin azalması, düşmənin ukraynalıları intensiv hücum barədə arxayın salıb, sonra isə yenidən şiddətli zərbə endirmə taktikası ola bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Cənub Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə Mətbuat Mərkəzinin rəhbəri Natalya Qumenyuk bildirib.

Onun sözlərinə görə, indi Qara dənizdə bir dənə də olsun raketdaşıyıcı yoxdur, lakin bu o demək deyil ki, düşmən hücuma keçmək niyyətində deyil.

O, bildirib ki, fırtınalı hava səbəbindən Rusiya gəmilərinin döyüşü çətinləşir:

"Çünki biz müşahidə etdik ki, ötən sutka ərzində aviasiyanın fəaliyyəti ilə əlaqədar onlar bir reaktiv daşıyıcını, səkkiz kalibrli freqatı geri çəkiblər".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026