• Bakı C

    11.95 m/s

  • USD - 1.7

    EUR - 1.8507

    RUB - 0.0182

Qızıl axtarandan 160 min dollarlıq kəşf

DÜNYA

28 Mart 2023 | 17:07

Qızıl axtarandan 160 min dollarlıq kəşf

Avstraliyada həvəskar qızıl kəşfiyyatçısı 4,6 kiloqram ağırlığında qızıl olan qaya parçası tapıb. Qızılın 160 min dollar dəyərində olduğu bildirilib.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, Avstraliyanın Viktoriya əyalətindəki qızıl yataqlarında metal detektoru ilə axtarış aparan qızıl ovçusu üzərində minlərlə dollar dəyərində qızıl olan 4,6 kiloqramlıq qaya parçası tapıb.

Melburn yaxınlığındakı bir mağazada qaya parçası alan Darren Kamp bunun 43 illik karyerasında gördüyü ən böyük nümunə olduğunu söyləyib. Qızıl ovçunun tapdığı qayanın yarısını ona gətirdiyini ifadə edən Kamp “Çox təəccübləndim. Bu, həyatda bir dəfə baş verən bir şeydir”, - deyib.

Qayada təxminən 2,6 kiloqram qızıl olduğunu bildirən Darren Kamp qızılları tapan şəxsin pulu ailəsi üçün xərcləmək istədiyini bildirib.

Qeyd edək ki, Avstraliya dünyanın ən böyük qızıl ehtiyatlarına malik ölkələrdən biri kimi tanınır.

Ay Tac


SON XƏBƏRLƏR

18 Mart 2024