• Bakı 12° C

    7.2 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Ərdoğanın səhhəti ilə bağlı son məlumat

DÜNYA

27 Aprel 2023 | 15:10

Ərdoğanın səhhəti ilə bağlı son məlumat

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səhhəti ilə bağlı şayiələr siyasi məqsədlər güdür.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Türkiyə liderinin administrasiyasındakı mənbə bildirib.

“Mən sizə açıq-aydın bəyan edirəm: bu söz-söhbətlər siyasi məqsədlər güdür, ölkəmizin bədxahlarından gəlir. Prezident adi qaydada fəaliyyətini davam etdirir”, - mənbə qeyd edib.

Qeyd edək ki, iki gün öncə Prezident Rəcəb Tayyib Ərdoğan mediaya canlı müsahibəsində özünü yaxşı hiss etmədiyini bildirib və yayım dayandırılıb. Bir müddətdən sonra yayım bərpa edilib, Ərdoğan izləyicilərdən üzr istəyərək, gərgin iş rejiminə görə soyuqladığını açıqlayıb.

Daha sonra Prezident Ərdoğanın seçki görüşləri təxirə salınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026