• Bakı 12° C

    6.45 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Rusiya-Gürcüstan sərhədi ilə bağlı qərar

DÜNYA

11 Fevral 2023 | 19:27 | Müəllif: Subhan Mahmudov

Rusiya-Gürcüstan sərhədi ilə bağlı qərar

Rusiya və Gürcüstan sərhədindəki “Yuxarı Lars” keçid məntəqəsindən Türkiyə yük maşınları növbəsiz buraxılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Şimali Osetiya Respublikasının başçısı Sergey Menyaylo məlumat verib.

O bildirib ki, Türkiyədə dağıdıcı zəlzələ ilə əlaqədar respublikanın rəhbərliyi Türkiyə yük maşınlarının sərhəddən növbəsiz buraxılması barədə qərar qəbul edib.

Şimali Osetiya Yol Hərəkətinin Təşkili Mərkəzinin məlumatına görə, hazırda “Yuxarı Lars” keçid məntəqəsində olan 2300 avtomobilin 20 faizi Türkiyəyə gedir. Onlar üçün ayrıca dəhliz yaradılacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026