• Bakı C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.9556

    RUB - 2.1356

Rusiya KİV: İlham Əliyev təyyarə qəzasına görə Rusiyadan kompensasiya tələb edib

SİYASƏT

29 Dekabr 2024 | 18:21

Rusiya KİV: İlham Əliyev təyyarə qəzasına görə Rusiyadan kompensasiya tələb edib

Azərbaycan Prezidenti İlham Əliyev AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsinin qəzaya uğraması ilə bağlı faktları səsləndirib və Rusiyadan kompensasiya tələb edib.

Bu barədə Bakıvaxtı.az “News.ru”ya istinadən məlumat verir.

Portalın məlumatına görə, dekabrın 29-da İlham Əliyev Aktauda baş verən təyyarə qəzasında həlak olan ekipaj üzvləri ilə vida mərasimində iştirak edib. Bundan sonra o, Azərbaycan Televiziyasına müsahibə verib və faciənin təfərrüatlarından danışıb.

Nəşr qeyd edir ki, Azərbaycan Prezidenti təyyarənin yerdən açılan atəş nəticəsində zədələnməsi faktının göz qabağında olduğunu bildirib./report


SON XƏBƏRLƏR

13 Mart 2026