Rusiya Dnestryanı hərbi hissəyə RLS-in zədələnməsi ilə nəticələnən hücumu regionda onsuz da gərgin olan vəziyyəti daha da gərginləşdirməyə yönəlmiş növbəti təxribat kimi qiymətləndirir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Diplomat vurğulayıb ki, Moskva fövqəladə vəziyyətin bütün hallarının hərtərəfli araşdırılmasını gözləyir.
"Ümid edirik ki, bu ehtiyatsız hərəkətin arxasında duranlar onun təhlükəli nəticələrini tam dərk edirlər".
Qeyd edək ki, aprelin 5-də naməlum kamikadze pilotsuz uçan aparat Moldovanın Dnestryanı bölgəsindəki hərbi hissəyə pilotsuz uçuş aparatı tərəfindən hücum edilib. Hücum zamanı xəsarət alan olmasa da, radar stansiyasına ziyan dəyib. Hazırda hadisə yerində istintaq-əməliyyat qrupu işləyir.
Günəş Mərd


jpg-1712402941.jpg)













