• Bakı 14° C

    1.95 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

Rusiyada pedofillərə ömürlük həbs cəzası veriləcək - Putin qanunu imzaladı

DÜNYA

28 Yanvar 2022 | 22:30 | Müəllif: Qalib İbrahimoğlu

Rusiyada pedofillərə ömürlük həbs cəzası veriləcək - Putin qanunu imzaladı

Rusiyada pedofillərə ömürlük həbs cəzası veriləcək.

Bakıvaxt.az "Regnum"a istinadla xəbər verir ki, Prezident Vladimir Putin bununla bağlı qanunu imzalayıb.

Qanunla residivist pedofillərə ömürlük həbs cəzası tətbiq edilir. Bundan əlavə, iki və ya daha çox azyaşlıya qarşı zorakılıq hərəkətləri törətmiş şəxslərə - və əgər bu, ilk dəfə baş veribsə, qanunla ömürlük həbs cəzası nəzərdə tutulub.

Zorakılıq hərəkətləri şəxsə qarşı başqa ağır və ya xüsusilə ağır cinayətin törədilməsi ilə müşayiət olunduqda eyni cəza tətbiq ediləcək.

Xatırladaq ki, Dövlət Duması bu qanunu yanvarın 18-də qəbul edib, Federasiya Şurası isə yanvarın 26-da təsdiqləyib. 

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR