• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Rusiyanın daha bir generalı Ukraynada həlak olub

DÜNYA

04 Dekabr 2023 | 14:48

Rusiyanın daha bir generalı Ukraynada həlak olub

Rusiya ordusunun daha bir generalı Ukraynada həlak olub.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Voronej vilayətinin qubernatoru Aleksandr Qusev özünün Telegram kanalında yazıb.

    O, Rusiya Şimal Donanmasının 14-cü Ordu Korpusunun komandirinin müavini, general-mayor Vladimir Zavadskinin Ukraynada həlak olduğunu bildirib.

    “Şimal Donanmasının 14-cü Ordu Korpusunun komandirinin müavini general-mayor Vladimir Zavadski xüsusi əməliyyat zonasında döyüş postunda həlak olub... 2021-ci ilin avqust ayına qədər o, 4-cü tank diviziyasına komandirlik edib”, - o yazıb.

    Qusev Zavadskinin ailəsinə və yaxınlarına başsağlığı verib, həmçinin, əlavə edib ki, zabit öz borcuna sadiq olub və sona qədər vuruşub./APA


    SON XƏBƏRLƏR

    26 Iyul 2024