• Bakı 15° C

    6.44 m/s

  • USD - 1.7

    EUR - 1.8849

    RUB - 2.0239

Ruslar hər gün bu qədər əsgər itirir

DÜNYA

06 Aprel 2025 | 10:11

Ruslar hər gün bu qədər əsgər itirir

Rusların cəbhədə itkiləri artsa da, düşmən qoşunlarının sayına ciddi təsir göstərmir.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Rusiya-Ukrayna müharibəsinin veteranı, ehtiyatda olan mayor Aleksey Getman deyib.

“Onlar ayda 30 minə qədər insanı səfərbər edə bilirlər. Rusların gündəlik orta itkiləri 1250-dir. Yəni, bir ayda onların ümumi itkisi 5-6 mindir və bu, ordunun təxminən 1%-i deməkdir. Ordu üçün ayda 1% azalma elə də ciddi deyil. Amma onlar bir il əvvəlki qədər artmır. Artıq haqqında çox danışılan hücum hərəkətlərini həyata keçirmək üçün isə bunu artırmaq lazımdır”, - Getman bildirib.

Ekspertin fikrincə, rusların ordudakı əsgər sayını artırmaq yolları hələ tükənməyib:

“Onlar 160 min nəfəri hərbi xidmətə çağırıb. Çağırılanların yarıya qədəri ilə müqavilə imzalaya və cəbhə xəttinə göndərə bilərlər. Digər tərəfdən, muzdlu cəlbi üçün mükafatı artırmaları da mümkündür. Digər yol isə əcnəbilərə Rusiya vətəndaşlığının verilməsidir. Və təbii ki, bunlar Şimali koreyalı ola bilər”./axar.az


SON XƏBƏRLƏR

06 Aprel 2025