• Bakı 15° C

    3.71 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Rusların ehtiyatda nə qədər raketi var?

DÜNYA

05 Iyun 2023 | 12:59

Rusların ehtiyatda nə qədər raketi var?

Rusiyanın ehtiyatdakı raketlərinin sayı barədə məlumat yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “RBK-Ukraina”nın yaydığı informasiyada bildirilib.

Qeyd edilib ki, iyunun 3-dək olan məlumata görə, Rusiyanın 150 ədəd “Kalibr” raketi, təxminən 90 “X-101/X-555”, 45-ə yaxın qanadlı “İsgəndər-K”, təxminən 80 “Kinjal”, 180-ə yaxın “X-22” raketləri var.

Bildirilib ki, iyunun 4-dək Rusiyada İranın istehsal etdiyi 1750 “Shahed-136/131” raketi olub. Bunların 1377-si ilə Ukraynaya hücum edilib.

Məlumata görə, 2023-cü ilin martında Rusiyanın 146 ədəd “X-101”, “X-555” və “Kalibr”, 49-a yaxın səsdən iti “Kinjal” və 100-dək “İsgəndər-M” ballistik raketləri olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026