• Bakı 12° C

    9.93 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

NATO-nun bir ili qalıb

DÜNYA

05 Iyul 2023 | 10:53

NATO-nun bir ili qalıb

NATO-nun Donald Trampın 2024-cü il prezident seçkilərində mümkün qələbəsinə qədər Ukraynanı alyansa qəbul etmək üçün cəmi bir ili qalıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə köşə yazarı Rocer Boyesin “The Times” qəzetində dərc edilmiş məqaləsində deyilir.

“Bunun üçün (Kiyevin ittifaqa daxil olması-red.) NATO-nun cəmi bir ili var, çünki gələn il Vaşinqton sammiti (NATO-red.) Donald Trampın Ağ Evə qayıtmasından əvvəl Baydenin son təntənəli anı ola bilər”, - o yazıb.

Müəllif qeyd edir ki, Trampın 2024-cü ildə ABŞ Prezidenti seçiləcəyi təqdirdə Ukrayna artıq indiki kimi yüksəksəviyyəli hərbi yardıma arxalana bilməyəcək.

Xatırladaq ki, daha əvvəl NATO Baş katibi Yens Stoltenberq bildirib ki, münaqişə zamanı Ukraynanın alyansa daxil olması mümkün deyil, alyans ölkələri və Kiyev bunu başa düşürlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026