• Bakı 13° C

    6.45 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Saakaşvili azərbaycanlılara müraciət etdi

GÜNDƏM

04 Dekabr 2021 | 23:51 | Müəllif: Subhan Mahmudov

Saakaşvili azərbaycanlılara müraciət etdi

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili azərbaycanlılara müraciət məktubu göndərib.

Bakıvaxtı.az xəbər verir ki, sözügedən məktubu Vahid Milli Hərəkat Partiyasının üzvü Rəfi Orucov paylaşıb.

"Mənim əziz və sevimli azərbaycanlı həmvətənlilərim.

Mən sizi salamlayıram, dəstəyinizə və mənim azadlığım üçün təşkil olunan aksiyalarda iştirakınıza görə sizə öz təşəkkürümü bildirirəm. Sizi çox sevirəm, sizi Gürcüstanın böyük xəzinəsi hesab edirəm.

Sizin və gürcü xalqının köməyi ilə mən mütləq azad olacağam, biz birlikdə ümumi vətənimizi xilas edəcəyik, harada ki, hər kəs qorunacaq, çiçəklənəcək və heç kəs sizə haqsızlıq edə bilməyəcək.

Sevgi və sayğılarla, sizin dostunuz və 3-cü prezidentiniz Mixail Saakaşvili", - müraciətdə bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026