• Bakı 9° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Saakaşvili koronavirusa yoluxub?

DÜNYA

16 Noyabr 2021 | 13:43 | Müəllif: Subhan Mahmudov

Saakaşvili koronavirusa yoluxub?

Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin hazırda saxlanıldığı "Qldani" həbsxanasının direktoru David Daraseliya koronavirusa yoluxub.

Bakıvaxtı.az  "Qafqazinfo"ya istinadən xəbər verir ki, ölkənin Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidməti Saakaşviliyə olan ictimai marağı nəzərə alaraq gürcü siyasətçidən də PCR-test götürüb.

Testin nəticələrinə əsasən, Mixail Saakaşvilidə COVID-19 aşkar olunmayıb.

Xatırladaq ki, Saakaşvili səhhətində yaranan problemlərlə bağlı 18 saylı "Qldani" Cəzaçəkmə Müəssisəsinə köçürülüb. Gürcü siyasətçi oktyabrın 1-də saxlanıldığı andan etibarən aclıq aksiyası keçirir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026