• Bakı 14° C

    6.79 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

İrakli Qaribaşvili Şarl Mişellə görüşdü

DÜNYA

15 Dekabr 2021 | 22:36 | Müəllif: Subhan Mahmudov

İrakli Qaribaşvili Şarl Mişellə görüşdü

Gürcüstan Baş naziri İrakli Qaribaşvili Brüsselə səfəri çərçivəsində Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, təkbətək görüş zamanı tərəflər Gürcüstan-Avropa İttifaqı münasibətlərinin gündəliyində duran bütün vacib məsələləri müzakirə ediblər. Söhbət zamanı Şərq Tərəfdaşlığı Sammitinin siyasi bəyannaməsində güclü mesajların təsbit edilməsinin və Gürcüstan üçün prioritet məsələlərin əks olunmasının vacibliyinə toxunulub.

Qaribaşvili qeyd edib ki, Gürcüstan üçün Aİ-nin vahid bazarına tədricən inteqrasiya, enerji və rəqəmsal əlaqəni gücləndirmək vacibdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026