• Bakı 22° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Ərdoğan və Conson arasında telefon danışığı olub

DÜNYA

14 Yanvar 2022 | 20:17 | Müəllif: Subhan Mahmudov

Ərdoğan və Conson arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, telefon danışığında Suriya və Ukraynadakı proseslərlə yanaşı, iqlim və qaçqınlar məsələsi müzakirə olunub.

Bundan başqa, tərəflər müdafiə sənayesi, habelə ticarət sahələrində əməkdaşlığı gücləndirəcək addımlar ətrafında fikir mübadiləsi aparıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR