• Bakı 21° C

    2.95 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

ABŞ 8 Çin şirkətini qara siyahıya salır

DÜNYA

15 Dekabr 2021 | 22:44 | Müəllif: Subhan Mahmudov

ABŞ 8 Çin şirkətini qara siyahıya salır

ABŞ Maliyyə Nazirliyi Sincan-Uyğur Muxtar Vilayətində uyğurların total nəzarətində iştirak etməkdə ittiham olunan daha səkkiz Çin şirkətini qara siyahıya əlavə edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Financial Times" (FT) öz mənbələrinə istinadən yazıb.

Siyahıya daxil edilənlər arasında dünyanın ən böyük kommersiya dronları istehsalçısı "DJI Technology" şirkəti də var.

Nəşr bildirib ki, siyahı cümə axşamı, dekabrın 16-da yenilənəcək. Hazırda bu siyahıda 60-a yaxın Çin şirkəti var. Qara siyahıya düşmək o deməkdir ki, bu şirkətlər amerikalı investorlardan maliyyə ala bilmir. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026