• Bakı 10° C

    5.61 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

Sabah paytaxta qar yağacaq - PROQNOZ

CƏMİYYƏT

08 Fevral 2023 | 12:51 | Müəllif: Qalib İbrahimoğlu

Sabah paytaxta qar yağacaq - PROQNOZ

Fevralın 9-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. 

Bu barədə Bakıvaxtı.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Məlumata görə, güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturu gecə 0-2° şaxta, gündüz 1°-dək isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunundan 777 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, fasilələrlə sulu qar, qar yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda intensiv olacağı ehtimalı var. Arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 0-4° isti, gündüz 4-7° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 3-8° şaxta olacaq.

    Yollar buz bağlayacaq.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    05 Noyabr 2026