• Bakı 14° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

"Sabah" səfərdə "Neftçi"ni məğlub etdi

İDMAN

29 Oktyabr 2023 | 22:26 | Müəllif: Subhan Mahmudov

"Sabah" səfərdə "Neftçi"ni məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, günün ikinci matçında "Neftçi" "Sabah"ı qəbul edib.

"Neftçi Arena"dakı qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə bitib.

90+4-cü dəqiqədə meydan sahiblərinin heyətində Yuri Matias ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Bir dəqiqə sonra "Sabah"dan Boyan Letiç qələbə qolunun müəllifi olub.

Bu nəticədən sonra "ağ-qaralar" 15 xalla beşinci pillədə qalıb. "Bayquşlar" isə 13 xalla səkkizincidir.

Qeyd edək ki, günün ilk görüşündə "Sumqayıt" "Qəbələ" ilə qolsuz heç-heçəyə razılaşıb. XI tura sabah "Araz-Naxçıvan" - "Qarabağ" oyunu ilə yekun vurulacaq. Əvvəlki qarşılaşmalarda "Turan Tovuz" "Kəpəz"i 4 cavabsız qolla üstələyib. "Zirə" - "Səbail" matçında isə qalib müəyyənləşməyib - 2:2.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026