• Bakı 16° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Sabunçuda yanğın olub

HADİSƏ

29 Avqust 2023 | 20:52

Sabunçuda yanğın olub

Bakı şəhərinin Sabunçu rayonunda yanğın olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 750 m² sahədə quru ot, qamışlıq və elektrik dirəyindən keçən kabel 15 p.m yanıb.

Yüksək temperaturdan yaxınlıqda ümumi sahəsi 90 m² olan birmərtəbəli evin dam örtüyünün taxta atmaları 15 m² sahədə qarsalanıb.

Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026