• Bakı 7° C

    2.08 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Şagird yerdəyişməsinə başlanıldı - YENİLƏNİB

CƏMİYYƏT

04 Avqust 2022 | 11:00 | Müəllif: Qalib İbrahimoğlu

Şagird yerdəyişməsinə başlanıldı - YENİLƏNİB

Şagird yerdəyişməsinə start verilib.

Bu barədə Bakıvaxtı.az-a Elm və Təhsil Nazirliyindən bildirilib.

Verilən xəbərə görə, yerləşdirmə bu gün saat 11:00-dan etibarən 2022-2023-cü tədris ili üzrə II-IX və XI siniflər üçün şagird yerdəyişməsi prosesinə start verilir. Proses sy.edu.az elektron sistemi üzərindən həyata keçirilir.

Valideynlər üçün sy.edu.az elektron sistemində ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi 5 sentyabr saat 18:00-dək davam edəcək.

Valideynlər 9 sentyabr saat 15:00-dək övladlarının sənədlərini yerdəyişmə etdiyi ümumi təhsil müəssisəsinə təqdim etməlidirlər.

X siniflər üçün isə elektron sistem 15 avqust saat 11:00-dan etibarən aktivləşdiriləcək.

Qeyd edək ki, aşağıda adları qeyd edilmiş ümumi təhsil müəssisələrinin II-XI siniflərində yaranmış vakant yerlərə şagird yerdəyişməsi imtahanla aparılır. İmtahanlara qeydiyyat 10 avqust saat 11:00-dan 19 avqust saat 18:00-dək aktiv olacaq. İmtahanlar ibtidai siniflər üzrə avqustun 23-də, V-XI siniflər üzrə isə avqustun 24-də keçiriləcək.

***

09:55

Şagird yerdəyişməsinə başlanılır.

İmtahanla yerdəyişmə aparılan ümumi təhsil müəssisələrinin siyahısı:

1. Heydər Əliyev adına lisey;

2. T.İsmayılov adına 6 nömrəli məktəb-lisey;

3. 132-134 nömrəli Təhsil Kompleksi;

4. T.Həsənov adına 23 nömrəli tam orta məktəb;

5. İlyas Əfəndiyev adına Elitar gimnaziya;

6. İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyi;

7. "Zəngi" liseyi;

8. Bakı Avropa Liseyi;

9. Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksi;

10 Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyası;

11. Bülbül adına Orta İxtisas Musiqi Məktəbi.

Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026