• Bakı 21° C

    2.45 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Şamil Ayrımdan Azərbaycan Prezidentinə TƏBRİK

SİYASƏT

24 Dekabr 2023 | 21:16 | Müəllif: Subhan Mahmudov

Şamil Ayrımdan Azərbaycan Prezidentinə TƏBRİK

Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Prezident İlham Əliyevi təbrik edib.

Bakıvaxtı.az xəbər verir ki, təbrikdə deyilir:

"Möhtərəm cənab Prezident.

Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, Zati-alinizə və ailənizə möhkəm cansağlığı, ömür boyu xoşbəxtlik arzulayıram.

Zati-alinizin Ali Baş Komandanlığı ilə 44 günlük Vətən müharibəsi və 24 saatlıq antiterror tədbirləri nəticəsində Can Azərbaycanın ərazi bütövlüyünü tam bərpa edərək həm Ümummilli Lider Heydər Əliyevin vəsiyyətini yerinə yetirdiniz, həm də Azərbaycan xalqının arzularını gerçəkləşdirdiniz. Sizin humanist, müdrik siyasətiniz sayəsində Azərbaycan Respublikası dünyada gündən-günə etibarını möhkəmləndirir.

Möhtərəm Prezident, hər iki ölkənin xalqları cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğan ilə birlikdə Türkiyə və Azərbaycan arasında böyük layihələrin reallaşmasından qürur duyur".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026
12 Sentyabr 2026