• Bakı 17° C

    0.92 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Pakistan-İran gərginliyi: Tehranın nəfəsliyi tamamilə daralır

SİYASƏT

23 Yanvar 2024 | 15:54 | Müəllif: Qalib İbrahimoğlu

Pakistan-İran gərginliyi: Tehranın nəfəsliyi tamamilə daralır

Pakistan xarici işlər nazirinin dəvəti ilə onun iranlı həmkarı Hüseyn Əmir Abdullahian yanvarın 29-da Pakistana səfər edəcək.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə İran və Pakistan Xarici İşlər nazirliklərinin birgə bəyanatında qeyd olunub.

Pakistan və İran xarici işlər nazirləri arasında telefon danışığından sonra tərəflər iki ölkənin səfirlərinin yanvarın 26-na qədər öz iş yerlərinə qayıtmaları barədə razılığa gəliblər.

Qeyd edək ki, İran yanvarın 16-da İraqın Ərbil şəhərinə və Pakistanın Kuhi-Sabz bölgəsinə raket hücumları həyata keçirib. Nəticədə mülki şəxslər ölüb. Buna cavab olaraq Pakistan İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan vilayətinin sərhəd kəndlərinə bir neçə raket zərbəsi endirib və tərəflər arasında ciddi qarşıdurma yaranıb.

Siyasi şərhçi Tural İrfan Bakıvaxtı.az-a açıqlamasında deyib ki, İran həmişə məkrli siyasət aparıb.

Onun sözlərinə görə, İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Pakistana hücumu İranın hakim dairələrini siyasi cəhətdən çıxılmaz vəziyyətə salmışdı:

"İran SEPAH-ın yol verdiyi lazımsız əməli kompensasiya etmək istəyir. Şübhəsiz, təşkil edilən hücumun arxasını gətirə bilmirsə, mütləq geri addım atmalı idi. Pakistan İran üçün İraq deyil, nüvə dövlətidir. Pakistan üçün də Hindistandan sonra ikinci cəbhə açmaq sərfəli deyil. Ona görə tərəflərin güzəştə getməsi gözlənilir. İnqilab Keşikçiləri Korpusu ayrıca bir qurumdur və getdikcə İran hökuməti ilə anlaşılmazlıq artmaqdadır. Çünki istənilən məsələyə hərbi zorakılıq münasibəti sərgiləyir. Bu da İranı daha aqressiv və mənfi obrazda dünyaya tanıdır".

Tyral İrfan: Pakistana hücumu İranın hakim dairələrini siyasi cəhətdən çıxılmaz vəziyyətə salmışdı

Müsahibimizə görə, Pakistanlıa yaşanan gərginlik məhz həmin təşkilatın atdığı addımın nəticəsi idi ki, indi bunu siyasilər həll etməyə çalışırlar:

"İranın dünyadan təcrid olunduğu indiki vaxtda Pakistanla düşmənlik Tehranın nəfəsliyinin tamamilə daralması demək olardı. Bunu dərk edən İran rəsmiləri dərhal Pakistanla danışıqlara tələsdilər. Fəqət, İranın əsasən müsəlman ölkələrinə qarşı düşmən siyasəti onu təcrid etməkdədir. Qərbin təzyiqləri qarşısında İranın dəstəyi azalmaqdadır".

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Sentyabr 2026