• Bakı 16° C

    7.39 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Şəhid olan hərbçimizin kimliyi bəlli oldu

HADİSƏ

14 Dekabr 2022 | 21:51 | Müəllif: Subhan Mahmudov

Şəhid olan hərbçimizin kimliyi bəlli oldu

Bu gün Kəlbəcərin Çıraqlı kəndi ərazisində minaya düşərək şəhid olduğu deyilən hərbçinin kimliyi bəlli olub.

Bakıvaxtı.az xəbər verir ki, şəhid olan hərbçimiz Tovuzun Böyük Qışlaq kənd sakini, gizir Zöhrab Məmməd oğlu Hümmətovdur.

Digər yaralanan 4 mülki şəxsin rabitəçilər olduğu bildirilir.

Qeyd edək ki, təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 nəfər əməkdaşı Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minaya düşüb. Təxliyə ilə bağlı hadisə yerinə yollanan 4 nəfər hərbçi də minaya düşüb, onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1-i isə şəhid olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Noyabr 2026