İyulun 31-də Seneqalda parlament seçkiləri keçirilir.
Bakıvaxtı.az xəbər verir ki, təxminən 7 milyon seçicinin olduğu ölkədə 15 min seçki məntəqəsi fəaliyyət göstərir.
Səsvermə nəticəsində ölkənin Milli Məclisinə üzv olacaq 165 deputatın adına aydınlıq gələcək.
Ekspertlərin fikrincə, parlament seçkiləri 2024-cü ildə keçiriləcək prezident seçkiləri öncəsi vacib bir sınaq olacaq.
















