• Bakı 11° C

    1.12 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

Səngəçalda yanan anbar söndürüldü - FOTOLAR - YENİLƏNİB

HADİSƏ

14 Dekabr 2022 | 15:15

Səngəçalda yanan anbar söndürüldü - FOTOLAR - YENİLƏNİB

Məlumat verildiyi kimi, bu gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yanacaq-sürtkü məhsulları saxlanılan anbarda yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən yanğın qısa müddətdə söndürülüb.

FHN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, yanğının baş verdiyi ərazidə tezalışan maddələrin mövcudluğu səbəbindən genişlənmə riskinin yüksək olmasına baxmayaraq, yanğınsödürənlərin çevik müdaxiləsi sayəsində yanğının yayılmasına imkan verilməyib.

Hadisə nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 280m² olan kafenin dam örtüyünün yanar konstruksiyaları 30m² sahədə və 1 ədəd pəncərə çərçivəsi, yaxınlıqda ümumi sahəsi 28m² olan köməkçi tikilinin yanar konstruksiyaları, kafenin ərazisində yığılmış hər birinin tutumu 1 ton olan dizel yanacağı ilə dolu 40 ədəd plastik çəllək, vətəndaşa məxsus “Mercedes” markalı yük avtomobilinin yanar hissələri və banında plastik çəlləklərdə olan 10 ton dizel yanacağı yanıb.

Kafenin böyük hissəsi və yaxınlıqda dayanan “Kamaz” markalı avtosistern yanğından mühafizə olunub.

 

11:40

Bakıda yanacaq-sürtkü məhsulları saxlanılan anbarda baş verən yanğın söndürülüb.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yanacaq-sürtkü məhsulları saxlanllan anbarda baş verən yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən daha geniş əraziyə yayılmasının qarşısı alınaraq qısa müddətdə söndürülüb.

11:02

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yanacaq-sürtkü məhsulları saxlanılan anbarda yanğın olması barədə ilkin məlumat daxil olub.

FHN-dən Bakıvaxtı.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Əlavə məlumat veriləcək.


Səngəçalda yanan anbar söndürüldü - FOTOLAR - YENİLƏNİBSəngəçalda yanan anbar söndürüldü - FOTOLAR - YENİLƏNİBSəngəçalda yanan anbar söndürüldü - FOTOLAR - YENİLƏNİBSəngəçalda yanan anbar söndürüldü - FOTOLAR - YENİLƏNİBSəngəçalda yanan anbar söndürüldü - FOTOLAR - YENİLƏNİBSəngəçalda yanan anbar söndürüldü - FOTOLAR - YENİLƏNİBSəngəçalda yanan anbar söndürüldü - FOTOLAR - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026