• Bakı 9° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Sergey Şoyqu belaruslu həmkarı ilə görüşdü

DÜNYA

03 Dekabr 2022 | 19:14

Sergey Şoyqu belaruslu həmkarı ilə görüşdü

Rusiyanın müdafiə naziri Sergey Şoyqu belaruslu həmkarı Viktor Xrenin ilə danışıqlar aparmaq üçün Minskə gedib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “BELTA” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Rusiya Federasiyasının hərbi idarə rəisinin təyyarəsi Maçulişçi aerodromuna enib.

Sergey Şoyqu və Viktor Xrenin arasında baş tutan görüşdən sonra nazirlər hərbi sahədə regional təhlükəsizliyin birgə təmin edilməsinə dair dövlətlərarası sazişə dəyişikliyi özündə ehtivan edən protokolu imzalayıblar.

Görüşdə həmçinin ölkələr arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026