YaponiyanınAllNipponAirways (ANA) aviaşirkətinə məxsustəyyarə mənzil başına çatmamış Tokioya qayıdıb.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, buna sərnişinlərdən birinin kabin heyəti üzvünün qolunu dişləməsi səbəb olub.
Rəsmi Kyodo agentliyinin məlumatına görə, ANA-nın 118 saylı reysi ilə Tokio-Sietl reysi ilə uçan 55 yaşlı sərnişin kabin əməkdaşının qolunu dişləyib.
Hadisədən sonra ekipajın müdaxilə etdiyi sərnişin təyyarə havaya qalxdığı Tokiodakı Haneda hava limanına qayıtdıqdan sonra saxlanılıb.
Sözügedən sərnişinin “kabin əməkdaşına zərər vurmaq” maddəsi ilə ittiham ediləcəyi bildirilib. Qeyd edilib ki, ABŞ vətəndaşı sayılan şəxs polisin dindirilməsi zamanı təyyarədə yuxu dərmanı istifadə etdiyini və hadisəni xatırlamadığını iddia edib.
Ay Tac
















