• Bakı 8° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Sərnişindaşıma ilə bağlı şikayətə nazirlikdən REAKSİYA 

CƏMİYYƏT

19 Oktyabr 2021 | 16:23

Sərnişindaşıma ilə bağlı şikayətə nazirlikdən REAKSİYA

Xəbər verildiyi kimi, Sumqayıtda 28 sentyabrdan etibarən marşrutlar kart sisteminə keçib. Bu qərar sakinlər tərəfindən birmənalı qarşılanmayıb.

Kart sistemindən şikayətçi olan sakinlər deyirlər ki, karta əlçatanlıqla bağlı problem var.

Dayanacaqlarda yükləmə aparatları mövcud deyil. Balansı artırmaq üçün marketlərdə olan ödəniş terminallarını axtarmaq lazımdır.  

İctimai nəqliyyatda quraşdırılan kartları qəbul edən aparatların ekranında isə balans göstərilmir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Bakıvaxtı.az-a bildirilib ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin müvafiq əsasnaməsinə uyğun olaraq Sumqayıt şəhərinin daxilində sərnişindaşıma xidməti tərəfimizdən həyata keçirilmir. 

“Bu səbəbdən də Sumqayıt daxilində avtobusların kart sisteminə keçidi ilə bağlı qərar Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən verilməyib. Eyni zamanda icraya nəzarət də qurum tərəfindən həyata keçirilməyib. 11 oktyabr 2021-ci il tarixindən avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nizamnaməsi iki ay müddətinə hazırlanıb Azərbaycan Respublikası Prezidentinə təqdim edildikdən sonra Sumqayıt daxilində sərnişindaşıma ilə bağlı müvafiq səlahiyyət də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə keçəcək. Bundan sonra həmin məsələlərlə bağlı səlahiyyətli orqan AYNA olacaq. Bu dövrə qədər isə bütün sorğular aidiyyəti üzrə müvafiq quruma ünvanlandırılmalıdır”, - deyə nazirlikdən bildirilib.

Ramid  İbrahimov 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026