• Bakı 16° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Şevçenko UEFA-nı ittiham etdi

İDMAN

04 Aprel 2025 | 21:37 | Müəllif: Subhan Mahmudov

Şevçenko UEFA-nı ittiham etdi

UEFA İcraiyyə Komitəsinə seçkilərdə qalib gələ bilməyən Andrey Şevçenko sözügedən qurumu ukraynalıları siyasi səbəbdən rəhbərlikdə görmək istəməməkdə ittiham edib.

Bakıvaxtı.az xəbər verir ki, sabiq hücumçunun sözlərini hazırda prezidenti olduğu Ukrayna Futbol Assosiasiyasının rəsmi saytı belə çatdırıb:

"UEFA-nın İcraiyyə Komitəsində yer uğrunda mübarizə zamanı həmkarlarımdan böyük dəstək gördüm. Ömrüm və karyeram boyu idman prisniplərinə sadiq olmuşam. Şəffaf, düzgün və açıq mübarizə aparmağa adət etmişəm. Mən futbol camiəsindənəm və futboldan danışıram. Amma təəssüf ki, son günlərdə siyasi səbəblərdən Ukraynanı və şəxsən məni UEFA rəhbərliyində görmək istəmədikləri ilə bağlı siqnallar aldıq. Bu, sonradan konqressin özündəki hadisələrlə təsdiqini tapdı. Mənə və Ukraynaya səs verən milli assosiasiyalara təşəkkürümü çatdırıram. Bu səsvermə bir namizəd olaraq yalnız mənim yox, bütün ölkəmiz üçün idi. Mövqeyimizi dəyişməyəcək, futbolumuzda islahatlara davam edəcəyik. Eyni zamanda, ölkəmizin və futbolumuzun xeyrinə beynəlxalq əlaqələrimizin inkişafına çalışacağıq".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026