• Bakı 17° C

    6.44 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

Şirvanda İNTİHAR: 32 yaşlı kişi intihar etdi - YENİLƏNİB

HADİSƏ

30 Noyabr 2022 | 11:25

Şirvanda İNTİHAR: 32 yaşlı kişi intihar etdi - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, Şirvanda intihar hadisəsi baş verib.

Bakıvaxtı.az  xəbər verir ki, 32 yaşlı şəhər sakini Babək Cəfərov ötən gün yaşadığı evin həyətyanı sahəsindəki anbarda özünü tavandan asıb.

Qeyd olunan şəxs FHN-in Şirvan şəhər Yanğından Mühafizə Hissəsində yanğınsöndürən vəzifəsində çalışıb. Hadisə xidmətdən kənar vaxtda, yaşadığı evdə olarkən baş verib. İlkin ehtimala görə, hadisə ailə-məişət problemləri zəminində qeydə alınıb. 

Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır.

 

09:23

Şirvanda 32 yaşlı kişi intihar edib.

Bakıvaxtı.az-ın "report.az"a istinadən məlumatına görə, hadisə noyabrın 29-u saat 23:30 radələrində Şirvan şəhəri, Naxçıvan küçəsində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Cəfərov Babək Rasul oğlu yaşadığı evin həyətyanı sahəsindəki anbarın tavanından özünü asıb.

Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır.


SON XƏBƏRLƏR

24 Aprel 2024