• Bakı 21° C

    1.39 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Köşkə hücum - Satıcı bıçaqlandı

HADİSƏ

30 Dekabr 2022 | 09:30

Köşkə hücum - Satıcı bıçaqlandı

Bakıda köşkə basqın edilib, satıcı bıçaqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə dekabrın 29-u, saat 03 radələrində Ysamal rayonu, Ş.Qurbanov küçəsində qeydə alınıb.

Belə ki, Yahyayev Seymur Vidadi oğlunun satıcı işlədiyi köşkə naməlum şəxs yaxınlaşaraq içəri daxil olub. Həmin şəxs satıcının üz nahiyəsinə yumruq zərbəsi və sağ bud hissəsinə 1 bıçaq zərbəsi vuraraq kassada olan 1805 manat pulu götürüb uzaqlaşıb.

S.Yahyayev hadisədən sonra Kliniki Tibbi Mərkəzə müraciət edib, ambulator müalicə edildikdən sonra evə buraxılıb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsində araşdırma aparılır. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026