• Bakı 23° C

    5.75 m/s

  • USD - 1.7

    EUR - 1.9055

    RUB - 2.0299

Son bəyanat sülh üçün tarixi şansdır - Yorqallas

DÜNYA

12 Dekabr 2023 | 21:37 | Müəllif: Subhan Mahmudov

Son bəyanat sülh üçün tarixi şansdır - Yorqallas

Azərbaycan Prezident Administrasiyası və Ermənistan Baş nazirinin Ofisinin bu yaxınlarda münasibətləri normallaşdırmaq niyyəti ilə bağlı birgə bəyanatı regionda çoxdan gözlənilən sülhə nail olmaq üçün tarixi şansdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Kiprin müdafiə naziri Mixalis Yorqallas erməni həmkarı Suren Papikyanla görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.

“Bu irimiqyaslı təşəbbüs regionda çoxdan gözlənilən, beynəlxalq hüququn prinsiplərinə hörmətə və xüsusən də suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmətə əsaslanan sülhə nail olmaq üçün tarixi şansdır", - M.Yorqallas bildirib.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində Azərbaycan tərəfindən erməniəsilli 32 şəxsin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Oktyabr 2026