• Bakı 10° C

    4.19 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Bayram günü koronadan minlərlə adam ölüb - ÜST

DÜNYA

11 Yanvar 2024 | 18:23 | Müəllif: Subhan Mahmudov

Bayram günü koronadan minlərlə adam ölüb - ÜST

Dekabr ayında bütün dünyada bayram münasibətilə keçirilən yığıncaqlarda koronovirusun “JN.1” variantına yoluxma səbəbindən minlərlə adam həyatını itirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Qebreyesus bildirib.

Onun sözlərinə görə, dekabrda təxminən 50 ölkədə - əsasən Avropada, həmçinin Şimali və Cənubi Amerikada 10 minə yaxın ölüm qeydə alınıb, xəstəxanaya yerləşdirilənlərin sayı isə 42% artıb.

O, həmçinin yoluxma nisbətinin digər ölkələrdə də artdığı, lakin onların müvafiq məlumatı təşkilatla paylaşmadıqları barədə gümanını da dilə gətirib.

Qebreyesus bütün dünya hökumətlərini vəziyyəti yaxından izləməyə və peyvəndlərə, tibbi xidmətə fasiləsiz çıxışı təmin etməyə çağırıb.

ÜST rəhbəri, mövcud peyvəndlərin “JN.1” virus variantından müəyyən qədər qoruma təmin etdiyini bildirib/oxu.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026